
Sign up to save your library
With an OverDrive account, you can save your favorite libraries for at-a-glance information about availability. Find out more about OverDrive accounts.
Find this title in Libby, the library reading app by OverDrive.

Search for a digital library with this title
Title found at these libraries:
Library Name | Distance |
---|---|
Loading... |
Hər bir şirkət özünü bazarda mövqeləndirmək üçün öz brendindən istifadə etdiyi kimi, İnsan Resursları (İR) Menecmenti funksiyasının xidmətlərinin də həm şirkət daxilində, həm də əmək bazarında təşviqinə ehtiyac var. İR Marketinqi olmadan İR Menecmenti funksiyası bazarda görünməyəcək və müştərilər İR sahəsində ən son inkişaf və nailiyyətlər haqqında məlumat çatışmazlığından narazı qalacaqlar. İR Marketinqi üçün İR işçilərindən fərqli səriştəlilik dəstləri tələb olunur. Hazırda İR sahəsində çalışanlar daha çox nəticələrə və məqsədlərə nail olunmasına fokuslanırlar, lakin nəticələrin təşviqini tamamilə unudurlar.
İR Marketinqi işçiləri şirkətə elan ediləcək vacib məqamları müəyyənləşdirə bilirlər və İR Menecmenti funksiyası, onun xidmətləri və prosedurları haqqında daha yaxşı bilik və məlumat yaranmasına kömək edirlər. Əgər şirkət seçilən və arzuolunan işəgötürən olmağı hədəfləyirsə, İR Marketinqi bu müvəffəqiyyət formulunun vacib elementidir. Uğur təkcə əldə olunan nəticələrlə ölçülmür. İR Menecmenti funksiyasının uğuru nəticələrin və onların görünənliyinin qarışığıdır. Hətta bəzi şirkətlər bazarda görünən olmanı "real" nəticələrdən daha vacib hesab edir.